Sahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncam
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsini imzalamaq səlahiyyətinin verilməsi barədə” sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verilib.
Xarici İşlər Nazirliyinə göstərilən texniki yardım layihəsini Azərbaycan Hökuməti adından imzalamaq səlahiyyətinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına bildiriş göndərmək tapşırılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!