“Sahibkarlıq üçün geniş imkanlar yaradılmalıdır” - Komitə sədri
“Bu yaxınlarda Milli Məclisdə kiçik və orta sahibkarlıqla bağlı qanun qəbul etdik. Hesab edirəm ki, kiçik və orta sahibkarlıq üçün kifayət qədər imkanlar yaradılmalıdır”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Komitə sədri bildirib ki, kiçik və orta sahibkarlıqla bağlı yaxın zamanlarda Milli Məclisə yeni qanun layihəsi daxil olacaq.
“Kiçik və orta sahibkarlıqla bağlı yeni dövlət agentliyi yaradılıb. Dövlət büdcəsində də kiçik və orta sahibkarlığın Azərbaycanda inkişaf etdirilməsi proqramlarının həyata keçirilməsi üçün məqsədli olaraq vəsait ayrılıb”.
Z. Səmədzadə qeyd edib ki, Azərbaycanda kiçik sahibkarlıqla məşğul olanlar üçün əlverişli şərait yaradılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi