Sahibkarların Rusiyaya məhsul ixracı asanlaşacaq

Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatların təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin informasiya sistemləri arasında inteqrasiya işləri həyata keçirilir.
Minval.info xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, fitosanitar sertifikatların verilməsi üçün AQTİS elektron informasiya sisteminin müvafiq modulu işə salınıb və sistemin digər beynəlxalq qurumlarla inteqrasiyası üçün işlər aparılır:
“Qeyd edək ki, Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ARQUS FİTO sistemi ilə AQTİS elektron informasiya sisteminin əlaqələndirilməsi məqsədilə müvafiq saziş də imzalanıb. Sistemlər arasında inteqrasiya həyata keçdikdən sonra Azərbaycandan ixrac olunan fitosanitar məhsullara AQTA tərəfindən verilən sertifikat ARQUS FİTO sisteminə ötürüləcək və qarşı ölkə sertifikatın doğruluğunun yoxlanmasını sistemlə təmin etmiş olacaq. Bu isə vaxt baxımından real rejimdə təsdiqlənmənin həyata keçirilməsinə və sahibkarların daha rahat ixrac əməliyyatları həyata keçirmələrinə şərait yaradacaq. Bununla yanaşı, sistemlər arasında olan məlumat mübadiləsi imkan verəcək ki, hər hansı bildiriş real vaxt rejimində görünsün və buna uyğun tədbirləri ləngimədən həyata keçirmək mümkün olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Torpaq və tikinti materialları bazarında qiymətlər bahalaşıb
Azərbaycanın maşın bazarında bahalaşma davam edir
FED dollarla bağlı qərarını açıqladı
Hansı bankları təhlükə gözləyə bilər? - Cədvəl
Qeyri-neft ixracı 40,9% artıb
Rövnəq Abdullayev Vahid Ələkbərovla görüşüb
Bağlanan banklardakı əmanətlərin taleyi – ekspert “batmayacaq” deyir...