Sahibkar və ixracatçılara ödənişsiz təlim keçiləcək
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Food Cert” MMC-in birgə təşkilatçılığı ilə “Qida zəncirinin mərhələlərində beynəlxalq standartlartların tətbiqi” mövzusunda təlim keçiriləcək. Təlim maarifləndirici xarakter olmaqla, “Food Cert” MMC-in nümayəndəsi tərəfindən aparılacaq.
Təlimdə #HAACP, #BRC, #ISO 22000:2018 və ailə standartları kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartlar, onların tətbiqi qaydaları, tətbiqinin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumat veriləcək. Təlim çərçivəsində Avropa Birliyində ixrac tələbləri, sertifikatlaşdırma, qablaşdırma və etikietlənməyə aid tələblər, bu sahədə innovasiyalar müzakirə olunacaq. Ölkəmizdə qida təhlükəsizliyi sahəsində aparılan islahatlar nəticəsində bu sahəyə aid norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılmasını nəzərə alaraq, sahibkar və ixracatçıları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən həyata keçirilən tədbirə dəvət edilir.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasında Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının strateji baxış və məqsədlərini əsasən həyata keçirilir.
“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi”” mövzusunda təlim 5 dekabr 2019-cu il, saat 10:00-da İİTKM-ın inzibati binasında təşkil olunacaq.
(Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi