Sahibə Qafarovadan Tahir Kərimliyə kəskin reaksiya: “10 dəqiqəlik səs yazısı var...”
Deputat Tahir Kərimli Milli Məclisin iclasında çıxış edərkən həmkarı Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum edilməsilə bağlı qərara fərqli münasibət bildirib.
O, qeyd edib ki, bir sıra hallarda polislə bağlı vətəndaşlardan şikayətlər alır: “İndi belə çıxır ki, polisin yiyəsi var, deputatın yiyəsi yoxdur”.
T.Kərimli baş vermiş hadisənin bu həddə çatmasına etirazını bildirib. Qeyd edib ki, hətta xəsarət faktı var idisə belə, məsələni sülh yolu ilə həll etmək olardı, tərəfdarı barışdırıb məsələyə son qoyula bilərdi.
T.Kərimlinin fikirləri spiker Sahibə Qafarova tərəfindən kəskin etirazla qarşılandı.
Spoker bildirdi ki, belə bir çıxış onunçün gözlənilməzdir: “Bu nə deməkdir ki, deputatın yiyəsi yoxdur, polisin yiyəsi var? Deputatın yiyəsi xalqdır. Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi