Sahib Məmmədov: “Ərzaq çatışmazlığından söhbət gedə bilməz”
“Bu gün ərzaq təminatı sahəsində ehtiyatlarımız imkan yaradır ki, özünü təminat məsələlərində rahat addım ataq”.
“Report” xəbər verir ki, bunu AzTV-nin efirində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, ölkədə əsas strateji məhsullar üzrə özünütəminat səviyyəsi 100%-dən çoxdur: “Hətta Azərbaycanın ixrac potensialı formalaşıb. Ona görə ərzağın çatışmazlığından söhbət gedə bilməz, ölkəyə məhsulların idxalı davam edir. Hökumət iri idxalçılarla iş aparır”.
Xatırladaq ki, aprelin 5-dən etibarən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır