Sahib İbrahimovun işi Ağır Cinayətlər Məhkəməsinə göndərilir

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, artıq tərəflər S.İbrahimovun cinayət işi materialları ilə tanış olur.
İş üzrə zərərçəkmiş şəxslərdən biri Etibar Allahverdiyevin vəkili Xəqani İmanov Oxu.Az-a açıqlamasında deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə 162 min 400 ABŞ doları məbləğində ziyan dəyib:
“Həmin şəxs 50 min dollar məbləğində mənəvi ziyanın ödənilməsini Sahib İbrahimovdan tələb edir”.
X.İmanov onu da əlavə edib ki, S.İbrahimovun cinayət işi üzrə ümumilikdə 60 zərərçəkmiş var ki, onlara da təxminən iki milyon manatdan çox ziyan dəyib.
S.İbrahimovun işi yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
İttihama görə, İbrahimov Sahib Hüseyn oğlu vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrarən vəzifə saxtakarlığı törədib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq edib, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.
S. İbrahimov vergidən yayınma, sənəd saxtalaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Onun barəsində əvvəl həbs-qətimkan təbiri seçilsə də, Binəqədi Rayon Məhkəməninin qərarı ilə həbs ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Ziya Bünyadovda avtobus zolağının vaxtı uzadıldı!