Şahdağda zubr möcüzəsi: Bu il yenidoğulan balalar nələr vəd edir?
Bu il Şahdağ Milli Parkında 8 zubr balası dünyaya gəlib. Bu barədə məlumatı WWF Azərbaycan yayıb.
Minval.info xəbər verir ki, bu zubr balalarından ikisinin valideynləri 2022-ci ildə Azərbaycanda doğulmuş zubrlardır. Bu, zubrların Azərbaycanda reintroduksiya edildikdən sonra nəsil verməyə başlamasının göstəricisidir.
Tarixən Avrasiyada geniş yayılmış zubrların nəsli ötən əsrin əvvəllərində vəhşi təbiətdə demək olar ki, kəsilmişdi. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülmüşdü. Hazırda zubrların böyük əksəriyyəti zooparklarda artırılır.
Azərbaycanda Avropa bizonunun təbiətə qaytarılması məqsədilə tədbirlər görülür. Şahdağ Milli Parkının İsmayıllı rayonunda 305 hektar sahə ayrılıb və burada zubrların çoxaldılması üçün kompleks inşa edilib. 2019-cu ildən etibarən Almaniya, Belçika və Hollandiya zooparklarından ölkəmizə 12 baş bizon gətirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib