Sabunçu rayonunda təcili yardım maşınları belə bu küçəyə girmir - Fotolar, Video
“Küçəyə nə taksilər, nə də təcili yardım maşınları gəlir”
Sabunçu rayonunun Ramana Şuşa qəsəbəsinin sakinləri yaşadıqları ünvanın asfalt örtüyünün olmamasından narazıdır.
Bu barədə Minval.info-ya danışan şikayətçilər deyir ki, sözügedən küçəyə diqqət ayrılmadığından buraya ad belə verilməyib. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinə müraciət etsələr də, bu, cavabsız qalıb.
“Vəziyyət acınacaqlıdır. Küçədə yüzlərlə insan yaşayır. Qocalar, məktəblilər bu yollarla gedərdən əziyyət çəkir. Aidiyyatı qurumlardan xahiş edirik, bu qəsəbəyə əncam çəkin” – şikayətçilər söyləyir.
Sakinlər bildirir ki, qəsəbədə insanlar çox çətinliklə hərəkət edir:
“Çox deyil, mərkəzi yolla cəmi bir kilometr məsfəmiz var. İnanın ki, nə taksilər, nə də təcili yardım maşınları buraya gəlmir. Yollarımız yaman gündədir. Gölməçələr əmələ gəlir, insanlar güclə hərəkət edir”.
Onlar eyni zamanda küçədə antisanitariya vəziyətinin hökm sürməsindən gileylənir.
Sakinlər tezliklə qeyd edilən problemlərin aradan qalxmasını istəyirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının bu ərazilərində su olmayacaq
Bakıda məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
Kamikadze piyada - Yoldadır, yoxsa bulvarda? - VİDEO
1700-dən çox şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub
Azyaşlıya siqaret satışının məsuliyyətini satıcı daşıyır – ŞƏRH



