Sabirabadda saxta əlillik dərəcəsi qalmaqalı!
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxslərdən Qabil Quliyev ifadə verərək, İntiqam Kərimovla kafedə tanış olduğunu bildirib. O, Kərimova 5000 manat borc verdiyini, lakin bu məbləğin yalnız bir hissəsinin geri qaytarıldığını qeyd edib.
Minval.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. İlkin istintaq zamanı müəyyən edilib ki, Əlişirin Əliyev vəzifədə olduğu müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək, əlillik dərəcəsi verilməsi üçün külli miqdarda rüşvət alıblar. Bu şəxslər, faktiki olaraq, həkim məsləhət komissiyasında müayinədən keçirilməyən şəxslərə saxta əlillik dərəcəsi veriblər.
Əlişirin Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3-cü (təkrarən və külli miqdarda rüşvətalma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qabil Quliyev və İntiqam Kərimov isə dələduzluq və digər cinayətlərə kömək etmə maddələri ilə ittiham ediliblər. Növbəti məhkəmə prosesi oktyabrın 16-da saat 16:00-da keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda daha 90 məktəb təmayülə keçir
Leyla Şıxlinskaya uzun fasilədən sonra səhnədə
Tünzalə Ağayeva və Nəsimidən möhtəşəm duet təqdimatı
Niyaməddin Musayevdən sağlamlıq sirri: Hər səhər idman!
Flora Kərimova: Afətlə barışmadım, yalan xəbərdir!
Porsche Cayenne üçün simsiz şarj Avropada satışda
Süni intellekt: Təhlükəsizlik və tənzimləmə çağırışları!