Sabir Rüstəmxanlı 1991-ci ilin sirrini açdı
Xalq şairi Sabir Rüstəmxanlı, “Rüstəmxanlı söhbətləri” adlı verilişində 1991-ci ilin avqust-oktyabr aylarında keçmiş SSRİ-də və Azərbaycanda baş verən siyasi hadisələrdən danışıb. O, Sovet İttifaqının süqutu və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəni xatırladıb.
Minval.info xəbər verir ki, Sabir Rüstəmxanlı tarixin mühüm məqamlarını unutmamağın və onlardan nəticə çıxarmağın vacibliyini vurğulayıb. O, 1991-ci il avqustun 19-da SSRİ-də baş verən QKÇP çevriliş cəhdinin ittifaqın dağılma prosesini sürətləndirdiyini bildirib.
Sabir Rüstəmxanlı qeyd edib ki, həmin dövrdə Azərbaycan hakimiyyəti QKÇP-ni dəstəkləmiş, lakin Xalq Cəbhəsi çevrilişə qarşı çıxmışdı. Bu, Azərbaycan hakimiyyəti ilə Xalq Hərəkatı arasında fikir ayrılığına səbəb olmuşdu. O, həmçinin, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsinin qərargahına edilən basqın və özünün aldığı xəsarətlərdən də bəhs edib.
Avqustun 30-da isə xalqın təkidi ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib