Sabiq nazirin nəzarətində olduğu deyilən şirkətin əmlakı satışa çıxarılır
Baku.ws-ın məlumatına görə, “Mingəçevir Texniki Rezin” ASC-nin ləğv prosesində olan aktivləri satışa çıxarılır. Satışdan əldə olunacaq gəlir, səhmdarlar arasında paylarının faiz nisbətinə uyğun bölüşdürüləcək.
ASC-nin səhmdarları bu məsələnin müzakirəsi üçün növbədənkənar toplantı keçirəcəklər. Yığıncaqda, həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də gündəmdədir.
Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında səhmdarların qərarı ilə qəbul edilib. “Mingəçevir Texniki Rezin” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Şirkətin nizamnamə kapitalı 972 min 214 manat təşkil edir.
Mətbuatda “Mingəçevir Texniki Rezin” ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu bildirilir. 2001-2005-ci illərdə nazir vəzifəsində çalışan F.Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fərhad Əliyevin milyonluq şirkətinin əmlakı satışa çıxarılır
Hürmüz böhranının Körfəz ölkələrinə təsiri açıqlandı
Süni intellekt şirkətləri böyük maliyyə itkisi ilə üzləşdi
Kopenhagen Hava Limanı 55 milyon sərnişin üçün genişlənir
Abşeron dəniz blokunun kəşfiyyat sazişi təsdiqləndi
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Ev təsərrüfatlarının elektron uçotu ünvanlı sosial yardımı necə dəyişəcək?