24.11.2026 - 15:04
Fərhad Əliyevin milyonluq şirkətinin əmlakı satışa çıxarılır
İqtisadiyyat 183 baxış

Fərhad Əliyevin milyonluq şirkətinin əmlakı satışa çıxarılır

Ləğv prosesində olan “Mingəçevir Texniki Rezin” ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək. Publika.az-ın məlumatına görə, bu məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.

Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək. Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.

“Mingəçevir Texniki Rezin” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.

Mətbuatda “Mingəçevir Texniki Rezin” ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd edilir. 2001-2005-ci illərdə nazir postunu tutan F.Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: