Hürmüz böhranının Körfəz ölkələrinə təsiri açıqlandı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ADNOC Gas şirkətinin ilk doqquz aylıq gəliri 4,1 milyard dollar azalıb. BƏƏ, Fuceyrəyə uzanan boru xətti vasitəsilə xam neft ixracatının bir hissəsini Hürmüz Boğazından kənara yönləndirə bilsə də, təbii qaz və mayeləşdirilmiş neft məhsullarının daşınmasında məhdudiyyətlər yaşanıb və bu da şirkətlərin maliyyə nəticələrinə təsir edib.
Minval.info xəbər verir ki, ADNOC Gas-ın fəaliyyət hesabatına əsasən, şirkətin gəlir göstəricisi ilin ilk doqquz ayında ötən ilin eyni dövründəki 17 milyard 991 milyon dollardan 13 milyard 879 milyon dollara düşüb. Təxminən 22,9 faiz azalma, 4 milyard 112 milyon dollarlıq gəlir itkisinə səbəb olub. Şirkətin xalis mənfəəti də 3 milyard 993 milyon dollardan 3 milyard 80 milyon dollara enib, yəni 913 milyon dollar azalıb.
Bahreyn isə Hürmüz Boğazı böhranının enerji sektoruna təsirini neft və rafinə məhsullar istehsalındakı itkilərlə yanaşı, ixrac bazarlarının dəyişməsi və daşınma xərclərinin artması ilə yaşayıb. Maliyyə və Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkədə neft fəaliyyətləri ilin ilk rübündə ötən ilin eyni dövrünə nisbətən sabit qiymətlərlə 37,2 faiz daralıb.
ƏLAQƏLİ
Sabiq nazirin nəzarətində olduğu deyilən şirkətin əmlakı satışa çıxarılır
Ummanda isə Hürmüz Boğazı böhranı coğrafi mövqe və alternativ marşrutların üstünlüyü ilə aşılmış, dövlətin enerji gəlirləri artıb. Umman Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin xalis neft gəlirləri yanvar-sentyabr dövründə 4 milyard 710 milyon riyaldan 5 milyard 46 milyon riyala yüksəlib. Təbii qaz gəlirləri də eyni dövrdə 1 milyard 296 milyon riyaldan 2 milyard 88 milyon riyala çıxıb.
Bu məlumatlar göstərir ki, Katar və Səudiyyə Ərəbistanında dövlətin enerji gəlirləri, Küveytdə neft ixracat dəyərləri, BƏƏ-də isə bəzi enerji şirkətlərinin gəlirləri milyardlarla dollar azalıb, Ummanda isə neft və qaz gəlirləri artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabiq nazirin nəzarətində olduğu deyilən şirkətin əmlakı satışa çıxarılır
Fərhad Əliyevin milyonluq şirkətinin əmlakı satışa çıxarılır
Süni intellekt şirkətləri böyük maliyyə itkisi ilə üzləşdi
Kopenhagen Hava Limanı 55 milyon sərnişin üçün genişlənir
Abşeron dəniz blokunun kəşfiyyat sazişi təsdiqləndi
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Ev təsərrüfatlarının elektron uçotu ünvanlı sosial yardımı necə dəyişəcək?