Ev təsərrüfatlarının elektron uçotu ünvanlı sosial yardımı necə dəyişəcək?
Azərbaycanda 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə olaraq tam elektron qaydada, “mygov” platforması üzərindən aparılacaq. Publika.az-ın yazdığına görə, bu prosesin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonasında uçotu həyata keçirəcək şəxslər üçün təlimlərə başlanılıb. Yeni sistem, ailələrin sosial və iqtisadi vəziyyətinin daha dəqiq öyrənilməsinə imkan yaradaraq, dövlət dəstəyinin daha ünvanlı təşkilinə şərait yaradacaq.
Publika.az-a danışan millət vəkili və iqtisadçı Vüqar Bayramov bildirib ki, bu sistemin əsas məqsədi ailələrin tələbatını tam öyrənmək və əldə olunan məlumatlar əsasında sosial və iqtisadi siyasəti formalaşdırmaqdır. Onun sözlərinə görə, əvvəllər də ev təsərrüfatlarının uçotu aparılırdı, lakin yeni sistem məlumatların “mygov” platforması üzərindən vahid pəncərə prinsipi ilə elektronlaşdırılmasını təmin edəcək.
V.Bayramov qeyd etdi ki, bu yenilik, ailələrin sosial vəziyyətinin daha operativ qiymətləndirilməsinə və yardıma ehtiyacı olanların daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcək. “Elektronlaşdırma, sosial yardıma ehtiyacı olan ailələri daha dəqiq müəyyənləşdirməyə və sosial dəstəyin daha ünvanlı şəkildə həyata keçirilməsinə gətirib çıxaracaq,” – deyə deputat vurğuladı.
ƏLAQƏLİ
Sabiq nazirin nəzarətində olduğu deyilən şirkətin əmlakı satışa çıxarılır
Deputat əlavə etdi ki, elektron uçot sistemi yalnız sosial dəstəklə məhdudlaşmır, aqrar sektorda da yeni imkanlar yaradacaq. Məlumatların vahid bazada toplanması, kənd təsərrüfatı üzrə uçot sisteminin təkmilləşdirilməsinə və dövlət proqramlarının daha səmərəli təşkilinə töhfə verə bilər.
V.Bayramovun sözlərinə görə, sistemin elektronlaşdırılması ev təsərrüfatlarının fəaliyyətinə müdaxilə məqsədi daşımır. Əsas hədəf, ailələrin, xüsusilə dəstəyə ehtiyacı olanların vəziyyətini dəqiq müəyyənləşdirmək və regional siyasəti real məlumatlar əsasında həyata keçirməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabiq nazirin nəzarətində olduğu deyilən şirkətin əmlakı satışa çıxarılır
Fərhad Əliyevin milyonluq şirkətinin əmlakı satışa çıxarılır
Hürmüz böhranının Körfəz ölkələrinə təsiri açıqlandı
Süni intellekt şirkətləri böyük maliyyə itkisi ilə üzləşdi
Kopenhagen Hava Limanı 55 milyon sərnişin üçün genişlənir
Abşeron dəniz blokunun kəşfiyyat sazişi təsdiqləndi
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb