Banklarda əmanətçilərin sayı 2 dəfədən çox artıb
Baku.ws-ın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun aktivləri 14 faizdən çox artaraq 65 milyard manatı keçib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda çıxış edib.
Ə.Məmmədyarov bildirib ki, son 10 ayda bankların kredit portfeli 14 faiz artaraq 34 milyard manatı ötüb. Bankların biznes kreditləri portfeli isə ilin əvvəlindən 17 faiz artaraq 19 milyard manata çatıb. Əhalinin əmanətləri də 15 faiz artaraq 18,7 milyard manata yüksəlib. Unikal əmanətçilərin sayı isə 2023-cü ilin sonu ilə müqayisədə 2,2 dəfə artaraq 335 min nəfəri keçib. Bank sektorunda dedollarlaşma trendləri də davam edir.
Azərbaycanın bank sisteminin dayanıqlıq göstəricilərinin yüksək olduğunu vurğulayan Məmmədyarov, sektorun məcmu kapitalının 7 milyard manat olduğunu və kapitalın adekvatlıq əmsalının 17 faizdən çox olduğunu qeyd edib. Bu göstəricilər tənzimləyici tələbləri əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl yaradır.
ƏLAQƏLİ
Sabiq nazirin nəzarətində olduğu deyilən şirkətin əmlakı satışa çıxarılır
Ə.Məmmədyarov həmçinin bildirib ki, 2027-ci ilə doğru yeni texnoloji reallıqlara daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında oyun qaydalarını dəyişdirir. Bu, kapital tələbləri ilə yanaşı, texnoloji və kiber risklərə yönəlik nəzarət mexanizmlərinin daha sürətli tətbiqini zəruri edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabiq nazirin nəzarətində olduğu deyilən şirkətin əmlakı satışa çıxarılır
Fərhad Əliyevin milyonluq şirkətinin əmlakı satışa çıxarılır
Hürmüz böhranının Körfəz ölkələrinə təsiri açıqlandı
Süni intellekt şirkətləri böyük maliyyə itkisi ilə üzləşdi
Kopenhagen Hava Limanı 55 milyon sərnişin üçün genişlənir
Abşeron dəniz blokunun kəşfiyyat sazişi təsdiqləndi
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb