03.11.2021 - 13:48
Ölkə
14 baxış
Sabiq məmurlar azadlığa buraxıla bilər - Siyahıda kimlər var?

Xəbər verdiyimiz kimi, 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya aktının elan edilməsi nəzərdə tutulur.
Amnistiya aktının həbsdəki bəzi sabiq məmurlara da şamil olunacağı ilə bağlı Minval.info-ya məlumat daxil olub.
Bildirilir ki, bu ilin fevral ayında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunan nazirliyin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) də bu siyahıda yer ala bilər.
Amnistiya aktının digər həbs edilən sabiq məmurlara da şamil olunması istisna edilmir.
Məsələ ilə bağlı Əjdər Olun yaxınları Qaynarinfo-ya bildirib ki, onlar da qarşıdakı günlərdə bu sevincdirici xəbəri gözləyirlər. Amma Əjdər Olun 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya aktına düşüb-düşməyəcəyini dəqiq bilmirlər.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Əjdər Ol” təxəllüsüylə tanınan şair-publisist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub. O, keçmiş nazir Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilir. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48