Sabiq AFFA prezidentinin bacısı və yeznəsi öldürüldü - ÖZƏL (FOTO-VİDEO)
Tovuz rayonunda yanğın hadisəsis baş verib.
Hadisə şəhərin Mərdan Musayev küçəsindəki yaşayış evlərinin birində yanğın baş verib.
Minval.İnfo-nun bölgə müxbirinin verdiyi məlumata görə, alov evin birinci mərtəbəsində yaranıb.
Əraziyə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.
Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının meyiti aşkarlanıb. Onların tüstüdən boğularaq öldüyü bildirilir. Ölən qadın AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır.
*********
Minval.İnfo-nun özəl olaraq əldə etdiyi məlumata görə, hadisə təsadüfi deyil. Belə ki, yanğın sonrası araşdırma zamanı məlum olub ki, evdə tamamı ilə yanmış şəkildə tapılan Fərman və Pakizə cütlüyünü amansızlıqla öldürüblər. Mirzəyeva Pakizə Şəmşəd qızınını yataq otağında, həyat yoldaşını isə mətbəxdə əllərini bağlayıb, evi yandırıblar.
Bu da Mirzəyevlər ailəsi ilə kimlərinsə ədavəti olduğunu sübut edir. Bu ayın 14-ü R. Mirzəyevin oğlu da həlak olmuşdu. Belə ki, 14 fevral tarixində sabiq AFFA prezidentinin 33 yaşlı oğlu Anar Mirzəyevin idarə etdiyi “Jeep” markalı minik avtomobili Sabirabad rayonunun Həşimxanlı kəndində su kanalına aşmış, və o, hadisə nəticəsində həlak olmuşdu: Ətraflı





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda etiraz aksiyası
DİQQƏT! - Azərbaycanda havanın hərarəti 40 dərəcəyə yüksələcək
Karantin yumşalandan sonra Bakıda tıxac... - Fotolar
Bakıya giriş-çıxış bağlanır? - Millət vəkilindən AÇIQLAMA
Avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayrılıb
Bakıda maşın bazarında son VƏZİYYƏT
Azərbaycanda nazir daha 19 nəfəri işdən çıxartdı — SİYAHI