Sabahın havası açıqlandı
Azərbay
canda oktyabrın 20-də gözlənilən hava proqnozu açılıb.
Milli Hidrometeorologiya Xidmətindən “Minval.info”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 20-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü və mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!