Sabahın hava proqnozu AÇIQLANDI
Dekabrın 9-a gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq
Havanın temperaturu gecə 7-10, gündüz 12-15 dərəcə olacaq. Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtobus və metro istifadəçiləri rekord qırdı
Qatar reysləri artırılır: Yeni cədvəl açıqlandı
Zabitlərə müjdə: Hərbi rütbə müddəti azalır
Tələbələrə xüsusi endirim: Bakıkartda 10% bonus!
Bəhlul Mustafazadə əməliyyatdan sonra nə vaxt qayıdacaq?
Dolların məzənnəsi 2027-də dəyişməz qalacaq!
Azərbaycan müdafiə xərcləri 2027-də artırılır