Sabahın hava proqnozu
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında az buludlu, yağmursuz hava müşahidə ediləcək. Cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yollarda hərəkət istiqaməti dəyişdi
Prokuror Eldar Həsənova cəza istədi
Ramil Usubovdan yeni təyinat
Nazirlikdən xəbərdarlıq: Leysan yağacaq, dolu düşəcək
Sabahın hava proqnozu açıqlanıb
Bakıda şəhid lövhəsi təhqir olunub - FOTOLAR