Sabahdan pərdə və jalüzlər üçün qadağa ləğv edilir? - Sürücülərin nəzərinə! - VİDEO
Avtomobillərin arxa yan şüşəsinə jalüz pərdələrin vurulması ilə bağlı verilən icazə üçün sabah son gündür.
Minval.info Atv.az-a istinadla xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin standartında göstərildiyi kimi jalüz pərdələrin vurulmasına yalnız mayın 1-dən noyabrın 15-ə qədər icazə verilir.
Bu qərar da iqlim şəraiti nəzərə alınaraq qəbul edilib. Sürücülərin əksəriyyəti bu qaydadan xəbərdar olsa da, onlar arxa yan şüşələrə pərdələrin taxılması üçün vaxt məhdudiyyətinin olmasını düzgün hesab etmirlər.
Millət vəkili Çingiz Qənizadə isə bu haqda öz fikrini izah edərək bildirdi ki, sözügedən qərarın bu il də qüvvədə saxlanılmasına ehtiyac yoxdur. Millət vəkilinin sözlərinə görə bu vəziyyət yalnız sürücülərin maddi ziyana düşməsi ilə nəticələnir.
Çingiz Qənizadə-Millət vəkili: “İnsanlar istəmir ki, 6 aydan bir plyonka pərdələri vursunlar sonra da sökülsün atılsın 6 aydan sonra yenisi vurulsun. Sanki biz bu məsələyə laqeydlik bəsləməklə hansısa ölkədə pərdə və plyonka satanlara şərait yaradırıq.
6 aydan bir öz mallarını kütləvi satırlar. Elə bil qanun onlara xidmət edir. Azərbaycanın iqlimi elədir ki, biz havaya baxıb məhdudiyyət qoya bilmərik”.
https://www.youtube.com/watch?v=mFmbt4ICuac&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır