Sabahdan Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut xətti açılır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək.
Bu barədə “Report” a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Məlumata görə, dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək.
“Gəncə-Cocuq Mərcanlı” marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq.
“Mingəçevir-Cocuq Mərcanlı” marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə “Sumqayıt-Cocuq Mərcanlı” marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.
Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 km, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 km-dir.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirlik rəsmisi: “Azərbaycanda pensiya yaşı yüksək deyil”
Efirdə müalicə pulu yığılan 5 yaşlı Murad sağaldı, anası qurban kəsdi - FOTO
Məlahət İbrahimqızı: “İnsanlar 2-3 aydır əlillik pensiyasını almırlar”
Bakının bu ərazilərində su olmayacaq
Pensiyalar yeni qayda ilə verilməyə başladı
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar nəzarətə götürülür