Sabaha olan hava proqnozu açıqlandı
Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən minval.info-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-16, gündüz 21-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Mayın 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyevadan uşaqlarla bağlı paylaşım
Bu şəxslərin maaşları artırıldı - Rəsmi
Hacı İbrahim iş adamlarını təhqir etdi
Müəllimənin vurduğu şagirdi anası da məktəbdə döyübmüş – VİDEO
Kran fəhlənin başına düşdü - Azərbaycanda dəhşət
Əflatun Amaşov: “Bu, yolverilməzdir, təxribatdır...”
Rüşvət almaqda ittiham olunan hakimin məhkəməsi başlayır