Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 8-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında dekabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maşın bazarındakı vəziyyət - REPORTAJ - VİDEO
Gömrük Komitəsi yanlışlığa aydınlıq gətirdi
Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı (FOTO)
Bələdiyyə seçkiləri təşviqat kampaniyası başladı
“Maşın” şouda yeni adlar - Qalmaqallı vayner də onlar arasında (Özəl)
Bakı-İstanbul-Vyana sərnişin qatarı bu tarixdə ilk səfərinə yola düşəcək