Sabah yağış yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Minval.info-ya verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-26° isti, Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ölümə tərk edilmiş adam - Foto
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Azərbaycanda məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır
İcazəsi olan bu işçilərin diqqətinə: daha bir məhdudiyyət — SİYAHI
Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama
Taksilərin fəaliyyətinə icazə veriləcəkmi? - RƏSMİ CAVAB
Bu vəzifələr boşdu - 193 vakant yerə qəbul başladı