Azərbaycan millisi dünya çempionatında medal sayını artırmağa çalışacaq
Baku.ws-ın məlumatına görə, Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı bu gün qarışıq komanda yarışları ilə yekunlaşacaq. Azərbaycan millisi bu son gündə Avstriya yığması ilə qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutan yarışın səkkizinci günündə 18 ölkədən 192 idmançı mübarizə aparacaq. Qarışıq komanda yarışlarında görüşlər altı çəki dərəcəsi üzrə keçiriləcək: kişilər -73 kq, -90 kq və +90 kq, qadınlar isə -57 kq, -70 kq və +70 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar.
Azərbaycan komandası mübarizəyə 1/16 final mərhələsindən başlayacaq və ilk rəqibi Avstriya komandası olacaq. Bu mərhələni keçdikdən sonra yığmamız növbəti qarşılaşmada Yaponiya komandası ilə üz-üzə gələcək.
ƏLAQƏLİ
Əfsanə gileyləndi: Akademiyalar onları düşüncə azadlığından məhrum edir
Azərbaycan yığmasının heyəti
Qadınlardan Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (-57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (-70 kq), Madina Kaisinova (+70 kq) komandamızın heyətində yer alıblar. Kişilər arasında isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (-73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (-90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) ölkəmizi təmsil edəcəklər.
Təsnifat mərhələsinin görüşləri saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Yarışları “CBC Sport” və “Judo TV” kanallarından canlı izləmək mümkündür. Dünya çempionatının biletləri “iTicket.az” platformasında satışdadır.
Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışlarda dünya çempionatları tarixində rekord nəticə göstərərək 7 medal qazanıb. Əhməd Yusifov (-60 kq) qızıl medal, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş medal, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medallar əldə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əfsanə gileyləndi: Akademiyalar onları düşüncə azadlığından məhrum edir
Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı
Camal Qamzatxanov dünya çempionatında bürünc medal üçün mübarizə aparacaq
Ronaldo Al-Nasr'da qayıdışını qolla qeyd etdi
Zirə "Şamaxı"ya, Sumqayıt "Qəbələ"yə qarşı
Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi
ABŞ-da ermənini idmandan ömürlük uzaqlaşdırdılar: görün nələr edib