Donald Tramp Hörmüz boğazının adını dəyişməyi təklif etdi
ABŞ Prezidenti Donald Tramp, Tennessi ştatında keçirilən və 3 noyabrda baş tutacaq ara seçkilər üçün təşkil olunan Respublikaçılar Partiyasının tədbirində çıxış edib. Tramp, Hörmüz boğazının adını “Tramp Boğazı” olaraq dəyişdirməyi düşündüklərini bildirib.
Minval.info xəbər verir ki, Tramp, çıxışında İranla olan münaqişələrə toxunaraq, “İran çox şeytani bir ölkədir. Terrorizmin bir nömrəli ölkəsidir. Əgər nüvə silahları olsa, tərəddüd etmədən istifadə edərlər.” ifadələrini işlədib.
Prezident, İranla müharibədə həyatını itirən amerikalı əsgərlərə də diqqət çəkərək, “İrana qarşı mübarizədə itirdiyimiz o gənclər boşuna ölmədilər. Tamamilə dəli birinin və ya dəli bir qrupun nüvə silahına sahib olmasına icazə verə bilmərik.” deyib.
Tramp, həmçinin İranın ABŞ-a zərər vermək məqsədilə yeni bir hücum planı hazırlaya biləcəyini iddia edib. “Bu işi çox çabuk bitirə bilərik. Onlara nə qədər yaxşı davrandığımı bilmirlər.” deyə əlavə edib.
Bundan əlavə, Tramp, ölkənin şərq və qərbindəki okeanlara yeni ad verməyi planladığını da açıqlayıb. “Körfəzimiz var. Gözəl bir gölümüz var. İndi bir nehirə, bir okeana ehtiyacımız var.” deyə vurğulayıb və “Aklımda ya Atlantik ya da Pasifik vardı. Biz ona Tramp Okyanusu ya da Amerika Kıtası Okyanusu deyirik.” ifadələrini işlədib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanı hava limanlarına sərt xəbərdarlıq
Malayziya Baş naziri Husi hücumunu qınadı
Panamada güclü zəlzələlərdən sonra fövqəladə vəziyyət elan edilib
Pentagon İran müharibəsində ölən əsgər sayını 21-ə yüksəltdi
ABŞ qüvvələri Oman körfəzində yük gəmisinə zərbə endirib
Data mərkəzi və yük gəmisi vuruldu: Odessa və Çernomorsk hədəfdə
Tramp və Putin arasında yanacaq razılaşmasında Zelenskiy gərginliyi