Tusk və Kosinyak-Kamışa sui-qəsd xəbərdarlığı: xüsusi xidmətlər hərəkətdə
Polşanın Baş naziri Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı sui-qəsd təhlükəsi yaranıb. Publika.az xəbər verir ki, Polşa polisi bu ehtimal barədə məlumat alıb və dərhal tədbirlər görməyə başlayıb.
Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçka sosial mediada açıqlama verərək, əldə olunan informasiyanın ciddi qəbul edildiyini bildirib. Daxili işlər naziri Marçin Kervinski və Xüsusi Xidmətlərin koordinatoru Tomaş Semonyak bu vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına xüsusi təlimatlar veriblər. Qaleçka təhlükəsizliyə dair daha ətraflı məlumat paylaşmayıb.
Xatırladaq ki, keçən ilin may ayında Donald Tuskun Hollandiyada çıxışı zamanı insident yaşanmışdı. Həmin vaxt səhnəyə atılan tüstü şaşkası səbəbindən çıxış yarımçıq qalmışdı. Bu hadisə də sui-qəsd cəhdi kimi dəyərləndirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama
Husilərin Riyaddakı hava limanına hücumu AB tərəfindən qınandı
Roma Papası Leo XIV ağciyərindəki düyün səbəbindən əməliyyat olunacaq
Papanın ağciyərində düyün aşkarlandı
Çexiyada baş nazir Babiş Senat seçkilərində çətin sınaqla üzləşir
Tarakan Xalq Partiyasının lideri azadlığa buraxıldı
Donald Tramp Hörmüz boğazının adını dəyişməyi təklif etdi