03.11.2021 - 14:50
Ölkə
19 baxış
Sabah rayonlara güclü yağış, qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata əsasən, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 04-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48