15.08.2026 - 23:28
Ölkə
184 baxış
Sabah-ın penalti və əlavə vaxtda vurulan qollarla qələbəsi: Kəpəz səfərdə məyus oldu
Misli Premyer Liqasının ilk turunda daha bir qarşılaşma baş tutdu. Bu gün keçirilən ikinci oyunda ‘Sabah’ komandası ‘Kəpəz’i öz meydanında qəbul etdi.
Minval.info xəbər verir ki, ‘Bank Respublika Arena’da baş tutan qarşılaşma ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə sona çatdı. ‘Sabah’ komandasının oyunçusu Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açdı. Matçın əlavə vaxtında isə Xander Severina fərqlənərək komandasının üstünlüyünü artırdı.
Günün ilk oyununda ‘Araz-Naxçıvan’ və ‘İmişli’ komandaları arasında keçirilən qarşılaşmada isə hesab açılmadı. İlk turun digər matçları avqustun 16-17-də keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03