Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Minval.İnfo Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti, Bakıda gecə 14-16 isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.
Abşeron çimərliklərində – şimalda (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İphone kamerası peşəkar alətlərlə təchiz olunur
Gənclər üçün media bacarıqlarını artıran təlimlər başladı
WhatsApp-da süni intellektlə yeni dövr başlayır
Bakıda turistə "Lamborghini" sürprizi: Şirkətdən açıqlama
General Anar İsmayılova ağır itki: Atası vəfat etdi
Təcili yardım maşınları mobil telefonda izlənəcək!
Evdə işləyənlərdə bel və diz ağrıları artır