Sabah hava necə olacaq? - PROQNOZ

Avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 25-30 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Avqustun 6-da Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi
Evdə toy etmək istədilər, polis müdaxilə etdi - Video
Füzuli aeroportunun tikintisində son vəziyyət açıqlandı
Azərbaycanda zəlzələ olub
Təhsil Nazirliyi və DİM-dən şagirdlərin qəzası ilə bağlı birgə məlumat