Sabah hava necə olacaq? - Proqnoz
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Minval.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!