Sabah - Hapoel oyununu rumıniyalı hakimlər idarə edəcək
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək ‘Sabah’ və İsrailin ‘Hapoel’ (Beer-Şeva) komandaları arasındakı cavab görüşünün hakimləri müəyyənləşib. Qarşılaşma avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Minval.info xəbər verir ki, oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mihay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirəcək. VAR hakimi isə almaniyalı Bastian Dankert, onun köməkçisi rumıniyalı Ketelin Popa olacaq.
Qeyd edək ki, ‘Sabah’ – ‘Hapoel’ (Beer-Şeva) qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib