Sabah güclü külək əsəcək

Sentyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində isə güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Akif Çovdarovun həbsdə ölən adamının evi üzərində FIRILDAQ
Bakıda marketdə işləyən 17 yaşlı qızdan şok fırıldaq
Lisenziyası olan bağçaların siyahısı - Valideynlərin diqqətinə
Sabah Bakıda 25 dərəcə isti olacaq
İnam Kərimov pambıq yığdı
Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı
Bu gün ölkə ərazisində 15 minə yaxın müxtəlif cinsli ağac əkilib