12.08.2026 - 20:16
Ölkə 14 baxış

Sabah"dan UEFA-ya açıq mesaj: İnsidentin arxasında nə dayanır?

“Sabah” Futbol Klubu, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” komandası ilə keçirilən oyunda yaşanan hadisələrə dair açıqlama yayıb.

Minval.info xəbər verir ki, klubun rəsmi saytında dərc olunan bəyanatda, “Sabah” FK, oyundan əvvəl azarkeşlər arasında baş vermiş insidentlə bağlı mövqeyini ifadə edib. Klub, bu hadisənin təəssüf doğurduğunu və UEFA ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Bəyanatda “Sabah” FK, “fair play” prinsiplərinə sadiq olduğunu və azarkeşlərinin ailəvi və təhlükəsiz bir mühitdə oyunları izləməsini təmin etməyə çalışdığını bildirib. Klub, həmçinin, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının peşəkarlığını yüksək qiymətləndirərək, ölkəmizin qonaqpərvərlik ənənələrinə önəm verdiyini qeyd edib.

Klubun açıqlamasında, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı təhqiramiz ifadələrin işləndiyi iddia edilib. Lakin “Sabah” FK, fiziki aqressiyanı heç bir halda dəstəkləmədiyini və hər hansı mübahisənin sivil yollarla həll edilməli olduğunu bildirib.

“Sabah” Futbol Klubu, hadisənin obyektiv araşdırılması üçün UEFA və digər aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini və müvafiq materialları təqdim edəcəyini bəyan edib. Klub, həmçinin, azarkeşləri qarşılıqlı hörmətə və futbol mədəniyyətinə riayət etməyə çağırıb.

Xatırladaq ki, “Sabah” FK, “Orhus”u dörd cavabsız qolla məğlub edərək UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: