Sabah bu yaşayış məntəqəsində qaz olmayacaq

“Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşviqabad”, “Pirəkeşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-dən Minval.İnfo-ya verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xankəndi klubunda yeni məşqçi təyinatı!
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi
Şuşa qayalarına yazı yazanlar cəzalandırıldı
Çağdaş qəzetçilik: Sosial medianın yüksəlişi