DİM 388 şagird üçün əlavə imtahan keçirdi
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan təşkil edib. Bu imtahanlarda Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də iştirak ediblər.
Minval.info xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçirilib. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 7 bina nümayəndəsi təyin edilib. Ümumilikdə 388 şagirdin iştirakı nəzərdə tutulub.
İmtahanda sağlamlıq imkanları məhdud olan 8 şagird, o cümlədən gözdən əlilliyi və eşitmə məhdudiyyəti olan şəxslər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb. Gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyəti olan şagirdlərin bina və zallara daxil olması üçün müvafiq şərait yaradılıb. İmtahan nəticələrinin 5 gün ərzində elan olunacağı bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək
SON DƏQİQƏRamiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb