Sabah Bakının üç rayonunda qaz fasiləsi olacaq
Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Payız-qış mövsümünə hazırlıq, qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər tamamlanana qədər Xətai rayonunun R. Quliyev, İ. Əbilov, Sadıqcan, Zığ yolu, Cavanşir küçələri və Kombinat ərazisi, Sabunçu rayonunun Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələri və Balaxanı qəsəbəsində Fazenda küçəsi, Suraxanı rayonunun Zığ qəsəbəsində H. Allahverdiyev, Xanlar, N. Gəncəvi, İ. Süleymanov, R. Göyüşov, S. Həmidov küçələri və Zığ şosesinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib