Sabah Bakının bu mərkəzi hissələrində içməli su olmayacaq
Minval.İnfo xəbər verir ki, sabah Bakının mərkəzində içməli su olmayacaq.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Binəqədi nasos stansiyasından +41 “Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin “Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək.
Bununla əlaqədar sabah gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahim paşa Dadaşov, Xaqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi