Sabah Bakının bu hissələrində qaz olmayacaq

Sabunçunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz xətti üzərinə siyirtmənin quraşdırılması və qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!