Sabah bəzi rayonlarda leysan, dolu gözlənilir

Sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Abşeron yarımadasında gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.
Sentyabrın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 23-27° isti, dağlarda gecə 6-11°, gündüz 12-17° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir bu qurumların Müşahidə Şurasının sədri oldu
Bakı Dövlət Sirkində biabırçı mənzərə - FOTO
Bu şəxslər nazirlik tərəfindən cərimələndilər
“10 minədək vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq” - Prezident
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı MÜRACİƏT
İlham Əliyev: "Bütün günahkarlar cəzalandırılacaq"