Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
Minval.İnfo xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai RETSİ-nə daxil olan Kazımağa Kərimov küçəsində saat 10:00-dan 15:00-dək 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 01:00-dan 03:00-dək Mazasır qəsəbəsi Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq “Cəlayir” hava xəttində həyata keçiriləcək təmir işləri zamanı saat 10:00-dan 13:00-dək Cəngan, Fərdi, Qarakazımlı, Lallar, Ləkin kəndlərinin bir sıra hissələrində enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib