Sabah 42 dərəcə isti olacaq
Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Minval.info”a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-28, gündüz 34-38, Bakıda gecə 26-28, gündüz 36-38 dərəcə olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41-42, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Peyvənd olunanların sayı açıqlanıb
Lerik sakini evinin əlindən alındığını deyir
Ağdaşda nikah yaşına çatmamış 3 qız hamilə qalıb
Sahibə Qafarova Baltikyanı ölkələrə rəsmi səfərə gedir
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb
“Özümü öldürmək istəyirdim” - Aygünlə duet oxuyan sabiq nazir oğlu