Səyahət edərkən bu səhvləri etməyin: Əlavə xərclərdən necə qaçmaq olar?
Xarici ölkələrə səyahət edənlərin sayı artdıqca, bəzi turistlərin etdiyi səhvlər əlavə xərclərə və problemlərə səbəb ola bilər. Səyahət planlaşdırarkən bilet və otel seçimindən sənədlərin yoxlanılmasına, sığorta və baqaj məsələlərinə qədər bir çox məqamı nəzərə almaq vacibdir.
Minval.info xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin sədri Rəhman Quliyev, azərbaycanlı turistlərin ən çox etdiyi səhvlərdən birinin səfəri yalnız qiymət əsasında planlaşdırmaq olduğunu bildirib. Bilet, otel, viza, baqaj və digər şərtlərin tam yoxlanılmaması əlavə xərclərə səbəb ola bilər.
Quliyev qeyd edir ki, turistlər bilet alarkən baqaj limitinə, biletin dəyişdirilməsi və ya qaytarılması şərtlərinə diqqət etmədikləri üçün əlavə xərclərlə üzləşirlər. Sənədlərin düzgün və vaxtında yoxlanılması da vacibdir; pasportun etibarlılıq müddəti, viza tələbləri, tranzit qaydaları və səfər edilən ölkənin giriş şərtləri əvvəlcədən dəqiqləşdirilməlidir. Səyahət sığortası isə gözlənilməz tibbi vəziyyətlərdə, baqajın itməsi və ya səfərin təxirə düşməsi zamanı maliyyə itkisinin qarşısını ala bilər. Otel seçimində isə yalnız ən ucuz təkliflərə üstünlük vermək doğru deyil. Otelin yerləşdiyi ərazi, real rəylər, xidmət şərtləri və bronun ləğv imkanları mütləq nəzərə alınmalıdır.
Rəhman Quliyev əlavə edir ki, xüsusilə ilk dəfə xaricə gedən turistlər hava limanında qeydiyyat, transfer, baqaj və tranzit prosedurlarını əvvəlcədən bilmədikdə əlavə stress və vaxt itkisi yaşaya bilərlər. O, turistlərə peşəkar və etibarlı turizm şirkətləri ilə əməkdaşlıq etməyi tövsiyə edir. Bu zaman turistlər yalnız bilet və otel deyil, bütövlükdə təhlükəsiz və rahat səyahət planı əldə edir və səfər zamanı yaranan məsələlərin həllində də peşəkar dəstək alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib