“Şəxsi məlumatları paylaşmaq olmaz” – Millət vəkili onlayn oyunlarla bağlı xəbərdarlıq etdi – VİDEO
ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları millət vəkili Sevinc Fətəliyeva və 9 yaşlı Arzu olub.
Sevinc xanım söhbət zamanı uşaqlıqda həkim olmaq arzusundan danışıb:
“Əvvəlcə həkim olmaq arzum var idi, bir müddət sonra isə müəllim olmaq istəyirdim. Daha sonra musiqi ilə məşğul olurdum, musiqiçi olmaq istəyirdim. Sonra həyat elə gətirdi ki, mən Xarici Dillər Universitetinə daxil oldum və orada müəllim kimi çalışdım. Uşaq vaxtı kitab oxumağa meyilli idim”.
Sevinc xanım söhbətin davamında uşaqları onlayn oyunlardan uzaq durmağa səsləyib:
“Uşaqlar onlayn oyunlar oynayanda oradakı təhlükələrə qarşı diqqətli olmalıdırlar. Burada qəti şəkildə şəxsi məlumatları paylaşmaq olmaz”.
Balaca Arzu isə sehirli çubuq arzuladığını dilə gətirib:
“Sehrli çubuğum olsaydı, insanları sevindirərdim. Onlara yaşadığı bədbəxt hadisələri unutdurardım”.
“Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.
https://youtu.be/znFmZK5_UVI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır