Səudiyyəli nazir: "Şirkətlərimiz Azərbaycanda bir sıra sahələrə sərmayə yatırmaq istəyir"
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Krallığın hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, iclasda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq istəklərini ifadə edib. O, Müştərək Komissiyanın 6-cı iclasının yekunlarına əsasən qarşıdakı aylarda Tədbirlər Planının hazırlanmasının və işgüzar səviyyədə təmasların real layihələrə çevrilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Nazir Səudiyyə Ərəbistanı və Azərbaycanın ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsimdə, o cümlədən İslan İnkişaf Bankı, OPEK+ çərçivəsində səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir