Səsi ilə Müslüm Maqomayevi xatırladan Vaqif: "Ciddi uğurlar əldə etmişik"
Ukraynadakı Azərbaycan diasporunun fəallarından biri də “Qolos” musiqi layihəsinin Ukrayna versiyasının yarımfinalçısı, məşhur müğənni Vaqif Nağıyevdir.
Artıq uzun illərdir ki, Kiyev Azəraycanlıları Konqresinin üzvü olan müğənni ilk olaraq, öz professional karyerası barədə Modern.az-a məlumat verib:
“Mən prezident təqaüdçüsüyəm. Bakıda orta ixtisas musiqi məktəbini bitirmişəm, ondan sonra Ukraynaya gəlmişəm. Burada, Xarkov şəhərində universitetə daxil oldum. “Qolos” müsabiqəsinə qatıldım, yarımfinala qədər irəlilədim. Ardınca, Kiyevdə Qlier adına məktəbdə musiqi-vokal sənətinə yiyələndim. İtaliyanın Roma şəhərində 1 illik master-klass keçdim.
Oleq Krapivinin dəstəyi ilə Kiyev şəhərində musiqi fəaliyyətimi davam etdirirəm. Ukraynadakı Azərbaycan diasporunun tədbirlərinə qatılıram, həmçinin, Kiyev Azərbaycanlıları Konqresinin üzvüyəm”.
Vaqif Nağıyev Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərdiyini də əlavə edib:
“Ukraynadakı Azərbaycan diasporu ildən-ilə güclənir. Fəaliyyətimiz digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ciddi uğurlar əldə edib. 2020-ci ilə qədər diaspor nümayəndəsi kimi bir sıra beynəlxalq müsabiqələrə qatılmaq fikrim var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi