Səsi ilə məşhurlaşan çobandan alqışalayiq addım
İnternetdə səsi ilə məşhurlaşan çoban Pərvin Səfərovun bir illik təhsil haqqı ödənilib.
Minval.info xəbər verir ki, bu barədə aznews.az-a onun özü məlumat verib. P.Səfərovun sözlərinə görə, artıq o, Azərbaycan Milli Konservatoriyasının Milli Vokal fakültəsinin rəsmən tələbəsidir:
“Təhsil haqqı böyük problemdir, həll olunmalıdır. Mən də ödənişli əsaslarla oxuyacam. Təhsil haqqı məni çox narahat edirdi. Dostlar sağ olsunlar, bir ilin təhsil haqqını ödəyiblər. Düzü, bir az pul düzətmişdim, baxdım ki, tələbə yoldaşlarımın biri təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onu imtahandan tanıyırdım, mənim kimi imkansız və çarəsiz idi. Düşündüm ki, mən də bir insanı sevindirim, ona görə də onun təhsil haqqının yarısını ödədim. Çox sevindi, hətta sevincindən agladı da. Həmin tələbə atası ilə yaşayır. Atası fiziki qüsurludur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı